Yalnız hədəfə doğru Az En Ru
ƏLAQƏ (YAYIN KURULU)
AZERBAYCAN - QARABAĞ
XƏBƏRLƏR UMUMÎ
TÜRKİYE HABERLERİ
DÜNYA HABERLERİ
DİNÎ HABERLER
MÜSAHİBƏ (RÖPORTAJ)
İQTİSADİYYAT (EKONOMİ)
SİYASET (POLITIQA)
İÇTİMAİYAT (SOSIAL, TOPLUM)
BİLİM-KÜLTÜR-SANAT
İDMAN (SPOR)
KRİMİNAL (VAKALAR)
TIB - SAĞLIK
MAGAZIN
HUSUSÎ HABER
LİNKLƏR (AXTARIŞ)
 
 

Xəbərlərə Abunə olmaq ücün emailinizi daxil edin

Lütfən şəkildə gördüyünüz yazını daxil edin


ləğv et

«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
 
Hocalı'da ne olmuştur?
Türklere karşı soykırım
Ermeni ve Rus zalimliği
Ermeni vahşetinin örneğidir
Savaş hukukunun ihlali
Türklerin Ermenileri katledişi
 
Digər Sorğular
 
 
Yolsuz yolçular….
 
 
“Orda bir yol var uzaqlarda
O yol bizim yolumuzdur.
Getməsək də, varmasaq da,
O yol bizim yolumuzdur”

 

Bu yuxarıdakı təhrif olunmuş beyt son zamanlar internet saytlarında, forumlarda, “facebook” səhifələrində tez-tez qarşıma çıxır. Mən də kiçik bir  araşdırma etdim. Və nəticədə öyrəndim ki, bu parça Türkiyə Cümhuriyyəti dövrünün Türk şairlərindən olan Əhməd Qüdsi Təcər’in (1901-1967) “Orda bir köy var uzaqda” adlı şeirindən bir bənddir.

Ancaq mənimçün anlaşılmayan nöqtə bu oldu ki, bu bəndin üçüncü misrası hansı səbəbdən dəyişikliyə uğradılır. Belə ki, şeirin “Dönməsək də, varmasaq da” misrasını çoxları “Getməsək də, varmasaq da” deyə işlədir. Məsələyə hüquqçu kimi yanaşsam, müəllif hüquqlarından bəhs edərdim. Əməl etməsələr də, hüquqdan yetəri qədər danışanlarımız var. Onunçün bu haqda sadəcə öz düşüncələrimi yazmaqla kifayətlənəcəm.

Əminəm, çoxlarının bu yazını oxuyanda nə deyəcəklərini - ”İşi, gücü qurtarıb, qarışqanı fil eləməklə məşğuldur”. Ancaq kimlərəsə çox xırda məsələ kimi görünən bu yanlışlığın əslində onu istifadə edənlərin içüzündən xəbər verdiyindən yəqin ki, çox insanlar xəbərsizdir. İndi qayıdaq, yollara...

Yollar... Bəzən dərəli-təpəli, bəzən şüşə kimi hamar... Önəmli olan isə insanın bu yollardan hansını seçib o yola yönəlməyi. Bu gün hər kəs sözdə olaraq getdiyi yoldan danışır, özü də böyük bir hiss-həyəcanla. Və beləcə ətrafdakıları hansısa dərəli-təpəli, aşılması çətin olan yol getdiyinə inandırmağa çalışır. Gerçəkliklərdən xəbərsiz olanlar da belələrinə safca inanırlar.

Xüsusən də nə acıdır ki, bu insancığazlar özlərinin dırnaqarası getdikləri yolun reklamını Vətənlə, Millətlə bağlayırlar. Bu cür insanları görəndə (üzr istəyirəm ifadəmə görə) üzlərinə tüpürməmək üçün mən şəxsən özümü güclə saxlayıram. Vətən, Millət uğrunda özünü fəda edib əyri-üyrü yollarda gedə bilərsən, ancaq öz reklamın üçün əyri-üyrü getdiyin yollara Vətəni, Milləti alət etmək – bu mərdlikdən deyil. Və ya uzaqda görünən, ancaq elə şeirin dəyişdirilən hissəsində deyildiyi kimi getmədən, varmadan, “o yol mənim yolumdur” deyə bilmək özü insandan vicdansızlıq tələb edir.

Şair ”dönməsək də, varmasaq da” deyirdi. Doğru, yol gedilər, ancaq dönülməyə zaman yetməz, ömr yetməz. Lakin özünü ən son yola qoyan vicdansızlar sürüsü həqiqətən özlərinin də dediyi kimi nə bu yolu gedirlər, nə bu yola varırlar, hələ qaldı ki, yolu dönməkdən danışsınlar. Onunçün normal olaraq xırda görünülən dəyişiklik əslində sözün əsl mənasında həqiqətdən xəbər verir.

İndi ümid edirəm ki, millətimin dəyərli insanları onlar uğrunda dırnaqarası getdiyi yolun reklamını edən vicdanını satanlara bu qədər inanmaz, güvənməz. Çünki çox təəssüf ki, belə insanlar özlərini millətin gözündə yüksəldib, əslində isə elə onları arxadan vuranlardır. Vətənini, Millətini anyalara-sonyalara, villalara, hətta, bir qutu şokolada dəyişən, tay tutan insancığazlar var aramızda. Belələrinin ayaqda durub pafoslu nitqindəki Vətən, Millət sevgisindən bəhs edən sözcüklərinə sizin alqışlarınız belə düşmür, əziz MİLLƏTİM.

Gözünüzü açın və kimin nə yolda olduğuna bir anlıq da olsa, nəzər yetirin. Və unutmayın ki, Vətən, Millət uğrunda yol gedən əsgər heç zaman getdiyi yoldan danışmaz. O yolu gedər ölümünə də olsa, özü də dinməz-söyləməz. Bax belə övladların ”Bu yol bizim yolumuzdur” deməyə haqqı var, yoxsa yeməkxana ətrafında gəzişən pişiklərin ət axtarması kimi reklam, alqış, tərif axtaran dırnaqarası millətçilərin YOX!!! 11/01/2010


      
Bu xəbər 4282 dəfə oxunub.
 
Arxiv
Harun Yəhyanın erməni sevgisi
Qəhrəmanlıqların Qutlu olsun,AZƏRBAYCAN!!!
Türkiye’yi AKP mi yoksa ABD mi yönetiyor?
AKP Türk Milletini saf dışı bırakma senaryolarından vazgeçmelidir
Yolsuz yolçular….
Ramil Səfərovla görüş təəssüratlarım...

Sizin Fikriniz...

Ad: E-mail:
Mətn:


 

07 Sep 2010 saat 14:29:52
“Seçki blokları birləşə bilər”
07 Sep 2010 saat 14:22:17
Qaqik Tsarukyanın “at oynatmaq” arzusu baş tutmayıb
07 Sep 2010 saat 14:20:15
DİLİNƏ YİYƏLİK ETMƏYƏN GƏLİNİN QANI TÖKÜLDÜ
07 Sep 2010 saat 01:41:03
«Medvedyev bizi aldatdı»
07 Sep 2010 saat 01:39:55
26 obyektdə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyət yoxlanılıb
07 Sep 2010 saat 01:36:46
«Difai fədailəri» işıq üzü gördü
07 Sep 2010 saat 01:17:00
Təhsil problemləri müzakirə olunmuşdur
06 Sep 2010 saat 13:55:03
İki millət vəkili iki şəhid əsgərin ailəsinə baş çəkib
01 Sep 2010 saat 15:55:52
AMİP Siyasi Şurasının bu gün keçirilən iclasında AMİP Mərkəzi Şurasının çağırılması, parlament seçkilərinə hazırlıq və ölkədəki sosial-iqtisadi durum müzakirə olunub.
01 Sep 2010 saat 15:54:52
AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadənin bu gün “Ümid” Partiyasının sədri İqbal Ağazadə ilə görüşü keçirilib.
 
Hikmət Carçılı
Hakimiyyətə yaxın olmaq qəbahət deyil ki?
Bülent ESİNOĞLU
Çözülürken…
Nigar ALMANQIZI
Bermuda Şeytan Üçgeni Kırgızistan’da
Eldəniz Elgün
Xəyanət və itirilən türk dünyası
İntigam İ B R A H İ M O Ğ L U (Almaniya Bürosu) ( intigam55@gmail.com )
Xocalı soyqırımı Bütün türk millətinin qan yaddaşıdır
Əhməd ŞAHİDOV
PRİŞTİNA ŞƏHƏRİNİN KÜÇƏLƏRİNDƏ MÜHARİBƏNİN İZLƏRİNİ DUYMAQ OLUR”
N u r u l l a h M A R D İ N Mahalli İdareler Uzm. Gzt. Yazar Araştırmacı
FİTRE VERMEK
Asəf ORUCOĞLU aliyev_asaf@yahoo.com
Şəhid olub Yurd daş na dönmüşük Sonunda sar l b sənə, Bayrağım
Ahmet BÖREK
KÖPEKLER İYİCE KUDURDU
Dr. Elnur Nəsirov
II QARABAĞ MÜHARİBƏSİ Hədəmi, reallıqmı?
Orhan ARAS (Şair ve Yazar)
Şair, baban sende yaşıyor!
Raqif RAUFOĞLU
Türkiyə-Suriya birliyi ( Davamı...)
Yusuf Ahmed
KADİR GECESİ
Ahmet AYTAÇ(Belçika)
TÜRK MİLLİ BİRLİK KURULTAYI VE SIRP ALÇAKLIĞI
Dr. Lütviyye ASGERZADE (Azerbaycan Milli Bilimler Akademisi)
Zamanın Taleyini Yaşayan Turan Hanım
Qənirə PAŞAYEVA ( Azerbaycan Milletvekili )
Eşqə həsr edilmiş ömür III
Cabbar ŞIKTAŞ (cabbargazete@gmail.com)
DÜNYANIN DÖRT BİR YANINA DAĞILAN AZERBAYCANLILAR
Seymur HƏSƏNLİ
Din pərdəsi altında milli birliyimizə qarşı təxribat!!!
Bəxtiyar Hidayət
MİR VƏ ŞAHİN
Mehman Həsən Yeni Nəfəs Gənclər Hərəkatının sədri
Sadə Vətəndaşdan sadə vətəndaşlara məktub
 

Copyright © 2008 PressPost.