«Always» mahnısına çəkilən klip hazırdır ( 19 Mar 2009 saat 10:11:17 )

Azərbaycan təmsilçisi Aysel Teymurzadənin Araşla birgə "Avroviziya-2009" mahnı müsabiqəsində ifa edəcəkləri «Always» mahnısına çəkilən klip hazırdır. Klipin rejissoru İsveç rejissoru Frederik Boklunddur. Onun Army of Lovers və Bodies Without Organs qrupları ilə çalışdığı məlumdur. Klipmeykerin sözlərinə görə, video konkret əhvalat əsasında çəkilməyib - bu da çox hisslərin və ifaçıların yaşantılarının vizual əksidir. Maraqlıdır ki, süjetə görə, Araş tarda ifa edəcək. Yaxın günlərdə klipin təqdimatı keçiriləcək. Qeyd edək ki, klip Kiyevdə çəkilib
Bu xəbər 1384 dəfə oxunub. |