Müğənni Elnur dəhşətli avtomobil qəzasına düşüb ( 19 Mar 2009 saat 13:51:55 )
Onun olduğu maşın üç maşınla toqquşub Müğənni Elnur dəhşətli avtomobil qəzasına düşüb. Bu barədə məlumatı PRESSPOST-a müğənninin prodüseri Tural verib. Onun sözlərinə görə, qəza martın 17-də Gənclik dairəsindən stadionun yanı ilə Təbriz küçəsinə yeni salınan yolun ikinci svetoforunda baş verib: “Hadisə gözlənilmədən baş verdi. Biz də, sağdan gələn də sürətlə hərəkət edirdi. Onu da, bizi də sarı işıq aldatdı. Sağdan gələn bizim maşının arxa hissəsini vurdu. Maşın fırlanıb, digər maşına dəydi. Bizim maşın üçüncü dəfə fırlanıb, avtobusu vurdu. çox böyük qəza idi. Allah istədi ki, özümüz yüngül xəsarət aldıq. Elnur hələ də şokdadı. Bizim arxamızca Zamiq gəlirdi. O bizdən də çox qorxdu. Dəhşətə gəlmişdi ki, o boyda hadisədən sağ çıxmağınız möcüzədir”.