İçində uşaqlar olan təyyarə qəbiristanlığa düşdü ( 23 Mar 2009 saat 22:20:22 )
Aviaqəza nəticəsində 17 nəfər ölüb ABŞ-ın Montana ştatında bir mühərrikli “Pilatus PC12” təyyarəsi qəzaya uğrayıb. PRESSPOST-un“BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Mülki Aviasiyası Federal İdarəsindən bildiriblər.
İdarənin nümayəndəsi Mayk Ferqusun sözlərinə görə, aviaqəza nəticəsində 17 nəfər ölüb. Təyyarədə uşaqlar olduğundan ölənlərin çoxu da uşaqlardır. Təyyarə qəzasında sağ qalan olmayıb.
Maraqlıdır ki, “Pilatus PC12” təyyarəsi 6-12 nəfəri daşımaq üçün nəzərdə tutulub. Ferqus təyyarənin uşaqları xizək kurortuna apardığını vurğulayıb.
İlkin məlumata görə, təyyarə Byutt aeroportuna enən zaman qəzaya uğrayıb. Hadisə eniş-uçuş zolağının 150 metrliyində baş verib. Təyyarə qəbiristanlığa düşərək alışıb.