Bakıdan edilən telefon zəngindən sonra sevgilisi Ebru Gündesə bağışladığı 150 min dollarlıq üzüyü geri aldı ( 25 Mar 2009 saat 12:00:45 )
 Türkiyəli məşhur müğənni Əbru Gündəşin azərbaycanlı sevgilisinin olması məlum idi. Xəbər verildiyi kimi, müğənni azərbaycanlı iş adamının Rza Zərrab adlı gənc oğlu ilə münasibət qurub və neçə vaxtdır onunla eyni evdə yaşayır. Rza Zərrab isə ondan əvvəl Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri qızı Günelin sevgilisi olub və bu üzdən iki müğənni arasında ötən həftə sevgili uğrunda mübahisə yaşanmışdı. Lakin Türkiyə mətbuatının xəbərlərinə görə, Əbru Gündəşlə yeni sevgilisinin arası pozulub. Buna Bakıdan edilən zəng səbəb olub. Belə ki, 25 yaşlı Rza Zərrab bu günlərdə Əbru Gündəşə İstanbuldakı zərgərlik mağazalarından birindən aldığı 170 min dollarlıq brilyant üzük bağışlayıbmış. Pulunu isə o, atasına aid dənizçilik şirkətinin hesabından ödəyib. Lakin Zərrabın Azərbaycanda yaşayan atası bundan xəbər tutaraq oğluna bərk qəzəblənib. O, oğluna zəng edərək hədiyyə barədə izahat verməyi və dərhal üzüyü geri alıb aldığı mağazaya qaytarmağı tələb edib. Rza Zərrab isə Əbru Gündəşdən hədiyyəni alaraq mağazaya qaytarıb. Bu üzdən sevgililərin arası bərk dəyib. İnternethaber.com xəbər verir ki, hazırda onlar danışmırlar və ayrılıblar. APA-nın xəbərnə görə isə, dünən Bakıda məşhur restoranlardan birində keçirilən toy mərasimində Türkiyənin tanınmış müğənniləri İbrahim Tatlısəs və Ebru Gündəş də iştirak ediblər. Azərbaycanın tanınmış iş adamının bacısının toy mərasiminə E. Gündəş sevgilisi olan azərbaycanlı iş adamı Rza Zərrabla birgə qatılıb. E. Gündəş mərasimə qonaq qismində dəvətli olsa da, repertuarından dörd mahnını bəylə gəlinə ərməğan edib. Toya ansamblı ilə birdə qatılan İbrahim Tatlısəs isə bir saatdan artıq qonaqları şənləndirib. Onun ansamblı ilə birgə toyda iştirakının toy sahiblərinə 100 min avroya başa gəldiyi bildirilir. Toy mərasimində İbrahim Tatlısəs Azərbaycanın əməkdar artisti Aygün Bəylərlə birgə də bir neçə mahnı ifa edib.
Bu xəbər 1665 dəfə oxunub. |