Monitorinq keçirilən zaman mövqelərimizə 3 dəfə atəş açılıb ( 02 Feb 2010 saat 13:18:16 )
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 2-də Azərbaycan Respublikasının Tərtər rayonunundan 8 km cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilb.
Monitorinq baş tutsa da, qarşı tərəfdən atəş səsləri gəlib. Bunu Azərbaycan tərəfdə monitorinqi keçirən nümayəndəlirin özləri də eşidiblər. Eyni zamanda qarşı tərəfdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri də atəş səslərinin eşidildiyini təsdiqləyiblər. Lakin A.Kasprşik bu atəş səslərinin ermənilər tərəfdə olan poliqondan gəldiyini iddia edib. Borsunlu kəndi yaxınlığında olan zabitlərimiz isə atəşin təkcə poliqonda deyil, eyni zamanda qarşı tərəfin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə yönəldilərək açıldığını qeyd ediblər. Monitorinq keçirilən zaman mövqelərimizə 3 dəfə atəş açılıb