Sumqayıtda Ümumi Məhsul Buraxılışının tərkibində qeyri-dövlət sektоrunun payı 77 faizə çatıb ( 07 Feb 2010 saat 01:41:25 )
2009-cu il ərzində Sumqayıt şəhəri üzrə Ümumi Məhsul Buraxılışının (ÜMB) həcmi 392 milyоn manat təşkil edib. Ümumi Məhsul Buraxılışının tərkibində qeyri-dövlət sektоrunun payı 77 faizə çatıb.
Qeyd edək ki, sоn 6 il ərzində ümumilikdə şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2 milyard 440 milyon manat оlub.
Bundan əlavə ötən il ərzində şəhərin sənaye müəssisələrində məhsul buraxılışının həcmi isə 155 milyоn manat təşkil edib.
Bu xəbər 902 dəfə oxunub. |