Bülbüloğlu: "Nazir olanda həmişə kəskin tənqidlərə məruz qalırdım" ( 07 Feb 2010 saat 23:57:59 )

Azərbaycanın Rusiyadakı səfiri “Rossiya-24” telekanalına müsahibəsində belə deyib
“Mən nazir olanda həmişə kəskin tənqidlərə məruz qalırdım. Həmişə deyirdim ki, heç bir halda Rusiya ilə əlaqələri kəsmək olmaz və mədəniyyətlərin yaxınlaşdırılması yolunu davam etdirmək lazımdır. Çünki biz yenə də eyni coğrafi məkanda yerləşirik".
Bu gün 65 yaşını qeyd edən Azərbaycanın Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu “Rossiya-24” telekanalına müsahibəsində belə deyib.
"Biz Avrasiyada yaşayırıq. Azərbaycan Avropa ilə Asiyanın, Qərblə Şərqin kəsişməsində yerləşir. Bu qəribə ölkədir, belə ki, geosiyasi və coğrafi cəhətdən elə yerləşir ki, hər ikisini özündə cəmləşdirir. Biz nəhəng ölkələrin əhatəsindəyik – İran, Türkiyə, Rusiya. Bunların hamısı bizim qonşularımızdır”, deyə P.Bülbüloğlu əlavə edib.
"Bizim nəsil-eyni ökədə tərbiyə alan nəsil hələ yaşayır. Biz ümumi dəyərlərlə, mədəniyyətə, həyata, böyüklərə, həqiqətə, yalana – insanın həyatının ibarət olduğu şeylərə qarşı eyni yanaşmalarla tərbiyə almışıq. Biz həyata başqa cür yanaşırdıq. Bizim üçün pul əsas deyildi. Bizim üçün hansısa əxlaqi prinsiplər vacib idi. Əlbəttə, pis şeylər də çox idi–onlardan qurtulmaq lazımdır. Amma insana təsir edən, impuls verən şeyləri saxlamaq lazımdır”, deyə səfir müsahibəsində bildirib
Bu xəbər 994 dəfə oxunub. |